BƏLƏDİYYƏ SEÇKİLƏRİNİN VAXTI TƏYİN EDİLM

Menbe: www.azertag.com



Oktyabrın 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, komissiya əvvəlcə Azərbaycan Respublikasında növbəti seçkilərin təyin edilməsi barədə məsələyə baxmışdır.

Bu məsələ barədə məlumat verən Mərkəzi Seçki Komissiyasının sədri bildirmişdir ki, artıq 10 ildir ölkəmizdə bələdiyyələr fəaliyyət göstərir və bu yerli özünüidarə qurumları gənc institut olmasına baxmayaraq, fəaliyyət göstərdikləri qısa müddət ərzində zəngin təcrübə qazanmış və onların işlərinin faydalı əmsalı ildən-ilə artır. Carı ildə bələdiyyələrin səlahiyyət müddəti başa çatır və bu qurumlara növbəti seçkilərin təyin edilməsi üçün əsas yaranmışdır. Seçki Məcəlləsinin tələbinə əsasən seçkilər səsvermə gününə azı 75 gün qalmış təyin edilməlidir. Respublika üzrə 1718 bələdiyyəyə 15 682 üzv seçilməlidir. İşğal altındakı rayonlarımızın əhalisi təəssüflər olsun ki, bu seçkilərdə iştirak edə bilməyəcəkdir.

Sədr qeyd etmişdir ki, komissiya bələdiyyə seçkilərinin keçirilməsi ilə əlaqədar hüquqi bazanın gücləndirilməsi üçün normativ xarakterli aktlar təsdiq edərək dərc etdirmiş və onları aşağı seçki komissiyalarına çatdırmışdır. Həmin sənədlər mətbuat və Mərkəzi Seçki Komissiyasının internet səhifəsi vasitəsi ilə rəsmiləşdirilmişdir.

Sonra komissiyanın sədri MSK üzvlərinə bələdiyyə seçkilərinin təyin edilməsinə dair qərar layihəsi barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-ü, çərşənbə gününə təyin edilsin və seçki keçiriləcək bələdiyyələrin siyahısı dərc edilsin.

Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nın təsdiq edilməsinə dair məsələ barədə məlumat vermişdir. Komissiya Təqvim Planının təsdiq edilməsi barədə qərar qəbul etmişdir.

Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.

İclasda ATƏT-in Bakı ofisinin, ABŞ və Fransa səfirliklərinin, Milli Demokratiya İnstitutunun (ABŞ), Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.


http://azertag.com/


Создан 09 окт 2009



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters